Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İstəmirik ki, bir ildir oynamayan Essyen zədələnsin''

''İstəmirik ki, bir ildir oynamayan Essyen zədələnsin''

Tarix: 18 Aprel 2019 19:44

"Çempionat sona yaxınlaşdıqca həyəcan artır. Bu gün azarkeşlər üçün baxımlı oyun alındı. Bəzi məqamlarda rəqib səhvlərimizdən yararlanmağı bacardı. Oyunda dönüş yaratmaq üçün ilk hissədən sonra Yevgeni Koçuku meydana buraxdıq. Çoxdandır belə ikinci yarı görmürdük. 2 qol vurduq və vacib 3 xal qazandıq“.

Bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib. 

O, komandanın ulduz futbolçusu Maykl Essyen barədə də danışıb: "Essyeni hər oyunda meydana buraxmaq istəyirik. Amma istəmirik ki, bir ildir oynamayan futbolçu zədələnsin. Onunla 1,5 illik müqaviləmiz var. Qarşıdakı oyunlarda ondan yararlana biləcəyimizi düşünürəm".

Hacıyev futbolçusu Tome Kitanovskinin qırmızı vərəqə aldığı epizoda da toxunub: "Həqiqətən də yeni qaydalardan xəbərim yoxdur. Ümumiyyətlə, futbolçularımız arasında maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdır. Tome Kitanovskinin oyunundan razı qaldım. Amma əli ilə hakimə sarı vərəqə göstərişi verdi. Açığı, onu əvəzləmək istəyirdim. Deməzdim ki, hər dəfə qol buraxdıqdan sonra qollar vururuq. Amma bu məqam üzərində daha çox dayanmaq lazımdır. Qalan dəqiqələrdə hücumlar edib qollar vurmağımız müsbət məqamdır. Planımızda "Sumqayıt"ı topsuz qoymaq və irəliləyən dəqiqələrdə boşluqlardan yararlanmaq istəyirdik. Hələ avrokubok barədə düşünmək tezdir".(report.az)

 


Etiketlər:  İstəmirik ildir oynamayan Essyen zədələnsin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ