Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2023 00:12
Bəzən uşaqlar onlayn dünyada qarşılaşdıqları bəzi halların təhlükəli olduğunun fərqində olmaya bilərlər. Buna görə də onların təhlükəsizliyinin təmin edilməsi məhz valideynlərin üzərinə düşür.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Uşaqları kibertəhlükələrdən bu cür qoruyun:
1. Uşaqlarınıza internetdə tanış olduğu şəxslərlə fərdi məlumatlarını bölüşməməli olduqlarını öyrədin;
2. Uşaqlar üçün uyğun olmadığını düşündüyünüz veb-saytlara girişi məhdudlaşdırın və zərərli hesab etdiyiniz tətbiqləri cihazlarından silin;
3. Uşaqlarınızın sosial media hesablarındakı paylaşımlarına və fəaliyyətlərinə mütəmadi nəzər yetirin;
4. Övladınızın cihazlarında antivirus proqramı olduğundan və əməliyyat sistemini mütəmadi olaraq yenilədiyinizdən əmin olun.