Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı aktyordan etiraf: “Arvad paltarında şor satırdım”

Azərbaycanlı aktyordan etiraf:  “Arvad paltarında şor satırdım”

Tarix: 8 Dekabr 2023 12:30

"Televiziyada ilk rolum qadın obrazı olub. Paltar tapmaq lazım idi. Evdən tapdığım qadın geyimlərini götürüb getmişdim. Çəkiliş Yasamal bazarında idi. Geyindim, başımı bağladım, qrimləndim və başladım "qaralı şor var" deməyə..."

Milli.Az xəbər verir ki, bu sözləri "Baku TV-də yayımlanan "Qapqara" verilişinin qonağı aktyor Elcan Rəsulov deyib.

Məşhurlaşmaq üçün keçdiyi çətin yollar barədə danışan sənətçi ilk rolu üçün paltarları belə öz evlərindən gətirdiyini etiraf edib.

O, mükafatlandırma mərasimlərində iştirak etmədiyini də açıqlayıb:

"Pulsuzluqla üzləşdim. Ailən üçün heç nə etməyə gücün çatmır və bu, bir kişi üçün ağır şeydir. Həmin vaxt diplomlar məni qıcıqlandırırdı. Düşünürdüm ki, onlara görə itirdiyim vaxtda haradasa işləyərdim, pulum olardı və gedib nə isə ala bilərdim. İndi mükafatlandırma mərasimlərinin heç birində iştirak etmirəm. Ancaq Əməkdar artist və Xalq artisti adı veriləndə gedərəm".

Milli.Az


Etiketlər:  Azərbaycanlı aktyordan etiraf Arvad paltarında şor satırdım


RƏYLƏR