Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək

Tarix: 8 Dekabr 2023 13:33

Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı şəhəri Pirallahı rayonunun Pirallahı qəsəbəsi ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 300 min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Milli.Az


Etiketlər:  Pirallahıda avtomobil yolları əsaslı təmir ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ