Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Beyl oynamağa hazır deyil'' - Zidan

''Beyl oynamağa hazır deyil'' - Zidan

Tarix: 7 Noyabr 2019 12:08

“Real”ın baş məşqçisi Zinəddin Zidan  komandanın bərpa prosesi keçən futbolçusu Beyl haqda danışıb.

Qol.az “BBC"yə istinadən xəbər verir ki, fransalı mütəxxəsis deyib ki, 30 yaşlı hücumçu Uels millisinə çağırılsa da, oynamağa hazır deyil: “Biz onun yaxşı çıxış etməsini istəyirik. Problem bundadır ki, o hələ ki, yaxşı formada deyil. Uelsin Beyli milliyə dəvət etmək hüququ var. Bu, FİFA-nın təqviminə uyğun olaraq aparılır və biz buna müdaxilə edə bilmərik. Mən bütün oyunçularımın yaxşı vəziyyətdə olduqlarını görmək istəyirəm. Millidə həftənin  necə keçəcəyini görəcəyik”.

Qeyd edək ki, Beyl Avro-2020-nin seçmə mərhələsində Azərbaycan (16 noyabr) və Macarıstanla (19 noyabr) oyunlar üçün milliyə çağırılıb.

Xatırladaq ki, Uels millisinin baş məşqçisi Rayan Giqqz Beylin ona Azərbaycanla matça kimi hazır olacağını söylədiyini açıqlayıb. O, yığmanın oyunlarına kimi  uelsli futbolçunun "Real"la oyunda iştirakının onlar üçün ideal variant olacağını bildirib.

 


Etiketlər:  Beyl oynamağa hazır deyil Zidan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ