Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alonso "Real"a keçəcək? - Özü açıqladı

Alonso

Tarix: 9 Dekabr 2023 01:50

"Bayer"in baş məşqçisi Xabi Alonso haqqında yayılan iddialarla bağlı açıqlama verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Leverkuzen təmsilçisində bu il məğlubiyyətsiz oyunları ilə dünya futbolunun diqqətini özünə çəkən 42 yaşlı mütəxəssis yeni mövsümdə "Real" Madridə keçib-keçməyəcəyinə dair məsələyə qısa münasibət bildirib.

Xarici mediada yayılan xəbərə görə, Alonsonun müqaviləsində "Real"la bağlı xüsusi maddə var. Buna əsasən, "Real"la razılığa gələcəyi halda mütəxəssis müqaviləni erkən ləğv edərək ispan klubuna keçə bilər. "Movistar+" media qurumu Xabi Alonsoya bununla bağlı sual ünvanlayıb. Cavabında o bildirib: "Bunlar müqavilə ilə bağlı məsələlərdir. Mən "Bayer"ə çox bağlıyam".

Qeyd edək ki, Xabi Alonso 2018-19-cu illərdə əfsanəsi olduğu "Real"ın gənclərdən ibarət komandasını çalışdırıb. Onun yeni mövsümdən Karlo Ançelottinin yerinə keçəcəyi iddia edilir. Alonsonun "Bayer"lə müqaviləsi 2026-cı ilin iyunun 30-da başa çatır.

Xatırladaq ki, Xabi Alonsonun rəhbərliyi altında "Bayer" 13 oyundan 35 xalla Bundesliqanın, 5 oyundan 15 xalla isə Avropa Liqasında qrup lideridir. Komanda bu mövsüm 1 oyunda belə məğlub olmayıb.

"Bayer" Avroliqada "Qarabağ"la eyni qrupda yarışır və Ağdam təmsilçisi hər iki matçda məğlubiyyətə uğradıb.

Milli.Az


Etiketlər:  Alonso Reala keçəcək Özü açıqladı


RƏYLƏR