Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bədnəzərdən qoruyan dağdağanın - Sağlamlıq faydaları

Bədnəzərdən qoruyan dağdağanın - Sağlamlıq faydaları

Tarix: 9 Dekabr 2023 02:36

Xalq arasında dağdağanı bədnəzərdən qoruyan bitki kimi tanıyırlar. Lakin dağdağanın bizim bilmədiyimiz bir çox faydalı xüsusiyyətləri vardır. Meyvəsi, yarpaqları, toxumları tibbdə istifadə edilir.

Sonxeber.net sağlamolun.az-a istinadən dağdağanın faydalarını təqdimedir:

Bitki E və B qrupu vitaminlərlə zəngindir. Tərkibində kalsium, natrium, maqnezium, fosfor, sink, manqan və.s minerallar vardır.

Yaraların sağalmasına, böyrək qumlarının tökülməsinə köməklik edir, sidikqovucudur.

Ağızdan axan suları kəsir, iştah artırır.

Dalaq üçün faydalıdır, ayaq tərləməsini azaldır.

Dağdağan ağrıkəsici təsirə malikdir. Mədədəki ağrıları sakitləşdirir. Bitkinin toxumları əzilib, süzmə çiçək balı ilə qarışdırılır, alınan məcun hər gün sabah ac qarnına bir çay qaşığı qəbul edilir. Bu qarışım tezliklə mədə ağrılarını zəiflədir və yox edir.

Öskürək və bronxitin müalicəsində də toxumları balla qatılaraq yeyilir.

Həmçinin bitkinin yarpaqları suda qaynadılıb bala qatılaraq qəbul edildikdə yaxşı təsir göstərir. Dağdağanın yarpaq və meyvə qarışımından ishal və dezinteriyanın müalicəsində istifadə edilir.

Dağdağanın iştahaçıcı təsiri böyükdür. Bunun üçün hər gün bir çay qaşığı toxumu əzib süzmə bal ilə birlikdə qarıştıraraq ac qarnına gündə bir dəfə yeyilməsi məsləhətdir.

Çəkisi az olan insanlar dağdağanın yarpaqlarını qərənfil və darçınla suda bir qədər qaynadaraq yeməkdən sonra çay şəklində qəbulu etdikdə qısa bir zamanda çəki alırlar.

Yapraqlarını saf su ilə 15-20 qaynadıb, alınan suyu saça masaj etdikdə saç rəngini olduqca tündləşdirir. Bu üsuldan əsasən saç boyası istifadə etməyən, təbii rəng almaq istəyən qadınlar istifadə edə bilər.  

Dağdağanın toxumlarını və saqqızını əzərək məcun halına gələnə qədər qarışdırılaraq yaraların müalicəsində istifadə edirlər. Bu məlhəmi yara olan hissəyə gündə 3-4 dəfə sürtdükdə yara tez bir zamanda qapanır və izi qalmır.

"Çinin tibbi bilikləri" kitabına görə dağdağan ağır menstrual və uşaqlıq qanaxmalarının müalicəsində işlədilir.

Amerika əhalisi boğaz ağrısının, dəri-zöhrəvi xəstəliklərinin müalicəsində dağdağan ağacının qabığından istifadə edirlər.

Misirli elm adamları dağdağan yarpaqlarının tərkibində antioksidant və sitotoksik maddələr olduğunu müəyyən etmişlər. Həmçinin dağdağan yarpaqların yaşlanmaya qarşı və xərçəng xəstəliyinin qarşısını almaq xüsusiyyəti olduğunu göstərmişlər.


Etiketlər:  Bədnəzərdən qoruyan dağdağanın Sağlamlıq faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ