Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2023 03:00
Dinimiz əmanətdarlığı əziz tutur və xəyanəti də çox pisləyir. Xəyanət - kəbirə günahlarından biridir.
Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, müsəlmanın malına və namusuna xəyanət edər - bizdən deyildir".
Bəs xəyanətin hansı növləri vardır?
1. Allaha və Peyğəmbərə (s) xəyanət etmək. Qurani-Kərim buyurur: "Ey iman gətirənlər, (dinin hökmlərinə qarşı çıxmaqla) Allaha və Onun Peyğəmbərinə xəyanət etməyin.
Həmçinin (xəyanətin şəriət və vicdan baxımından çirkin bir iş olmasını) bilə-bilə, öz əmanətlərinizə (xalqın və Yaradanın əmanətlərinə) xəyanət etməyin". ("Ənfal" 27).
Buraya həm özgənin malı, həm saxlamağa verilən əmanət, həm şəriklik, həm bədən əzaları, həm də Allahın qayda-qanunları aiddir.
2. Siyasi və hərbi sirlərə xəyanət etmək. O kəslər ki, siyasi və hərbi sahədə işləyirlər, əslində mühüm sirləri daşımış olarlar. Ona görə də bu insanlar çox diqqətli olmalıdırlar.
Çalışmalıdırlar ki, danışıq və rəftarlarına diqqət etsinlər. Agah olmalıdırlar ki, ölkənin mühüm sirləri daşıyırlar.
3. Sirrə və namusa xəyanət. İnsanları sirri və namusu - malları kimi möhtərəmdir. Əgər kimsə ondan xəbər tutarsa, istər-istəməz həmin sirrin əmanətdarı olar.
Ona görə də bacardığı qədər bu sirri qorumalı, qətiyyən ifşa etməməlidir. Həmçinin insanların namusuna hər vasitə ilə əl uzatmaq, xor baxmaq - şiddətli qadağandır.
4. İnsanların daxili vəziyyətindən xəbər vermək.
5. İnsanların zəif cəhətlərini ifşa etmək.
6. İnsanın eyiblərini aşkar etmək.
Allah Təala cəmi müsəlmanları xəyanətin bütün növlərindən uzaq etsin, inşəallah!