Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Respublikaçılar Ukraynaya maliyyə yardımı paketi ilə bağlı şərt qoydu

Respublikaçılar Ukraynaya maliyyə yardımı paketi ilə bağlı şərt qoydu

Tarix: 10 Dekabr 2023 11:14

ABŞ-da Senatdakı Respublikaçılar Partiyası Ukraynanın müdafiə ehtiyacları üçün maliyyə paketini dəstəkləməyə hazırdır, lakin yalnız demokratlar ABŞ-ın Meksika ilə cənub sərhədini qeyri-qanuni mühacirlərdən qorumaq tədbirləri ilə razılaşdıqdan sonra.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə respublikaçı senator Cim Riş bəyan edib.

Senator respublikaçıların Ukraynaya maliyyə yardımı paketini dəstəkləməkdən imtina etməsini ABŞ-ın cənub sərhədindən qeyri-qanuni miqrasiyanın dayandırılmasının zəruriliyini sübut etmək istəyi ilə izah edib.

"Bu, qəbul etməli olduğumuz milli təhlükəsizlik paketi ilə bağlı ciddi partiya xətti səsverməsi idi. Biz bunu qəbul edəcəyik. Qarşı tərəfdəki həmkarlarımızı çox ciddi olduğumuza inandırmalı idik. Biz respublikaçılar cənub sərhədimizin bağlanmasına çox ciddi yanaşırıq. Bizdə gündə 10 minə yaxın qeyri-qanuni immiqrant ABŞ-a keçir və biz ilk növbədə sərhədimizi qorumalıyıq".

Milli.Az


Etiketlər:  Respublikaçılar Ukraynaya maliyyə yardımı paketi ilə bağlı şərt qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ