Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Srvena Zvezda”dan dünya rekordu

“Srvena Zvezda”dan dünya rekordu

Tarix: 10 Dekabr 2023 14:14

Belqradın "Srvena Zvezda" futbol klubu ölkə çempionatının ev matçlarında ən uzun məğlubiyyətsizlik seriyasına görə yeni dünya rekordu müəyyənləşdirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şənbə günü komanda doğma meydanda "Mladost"a 3:1 hesabı ilə qalib gəlib. Oyun Rayko Mitiç stadionunda baş tutub və Belqrad komandasının Serbiya çempionatının yüksək divizionunda xal ala bildiyi ardıcıl 122-ci ev görüşü olub. Seriya 2018-ci ildən davam edir və bu müddət ərzində "Srvena Zvezda" 110 dəfə qalib gəlib, 12 dəfə heç-heçə edib, 339 qol vurub və 54 qol buraxıb.

Bundan əvvəlki rekord "Real Madrid"ə məxsus olub. 1957-1965-ci illər arasında Kral klubu İspaniya çempionatında ardıcıl 121 ev matçında meydanı xalsız tərk etməyib.

Milli.Az


Etiketlər:  Srvena Zvezdadan dünya rekordu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ