Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa İttifaqı süni intellektlə bağlı qaydalar toplusu hazırlayacaq

Avropa İttifaqı süni intellektlə bağlı qaydalar toplusu hazırlayacaq

Tarix: 10 Dekabr 2023 16:16

Avropa hakimiyyət orqanları süni intellekt sahəsini tənzimləyən qanunvericiliklə bağlı razılığa gəliblər.

Milli.Az olke.az-a istinadən bildirir ki, bu barədə Avropa komissarı Tyerri Breton X sosial şəbəkəsində yazıb.

Sənəd qaydaları pozduqlarına görə tərtibatçıların cərimələnməsini nəzərdə tutur. Lakin təfərrüatlar hələ işlənməyib, qanun 2025-ci ildə qüvvəyə minə bilər.

Texnologiya sənayesi lobbi qrupu olan Kompüter və Rabitə Sənayesi Assosiasiyasının Avropa ofisinin rəhbəri Daniel Fridlender bəyan edib ki, bugünkü razılaşma kritik detallar üzərində vacib və zəruri texniki işlərin başlanğıcı deməkdir.

Milli.Az


Etiketlər:  Avropa İttifaqı süni intellektlə bağlı qaydalar toplusu hazırlayacaq


RƏYLƏR