Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2023 01:21
Beyin üçün ən çox fındıq, balıq və süd məhsulları faydalıdır.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə tibb elmləri namizədi, dietoloq Daria Rusakova bildirib.
Dietoloqun fikrincə, insanlar üçün ən pis qida emal olunmuş ət və donuz ətidir. Bununla belə, ət və ət məhsullarının istehlakı özlüyündə koqnitiv qabiliyyətlərə təsir göstərmir.
"Həddindən artıq miqdarda xolesterin ürək-damar sistemində müvafiq pozğunluqlara səbəb olur ki, bu da beyinə qan tədarükünü pozur. Bundan əlavə, emal olunmuş ət daha çox mədə-bağırsaq traktının, qaraciyərin və s. xərçəngə səbəb olur", - Rusakova qeyd edib.
O əlavə edib ki, süd məhsulları, balıq, qoz-fındıq və müxtəlif toxumlar beyin üçün ən faydalıdır, lakin pəhrizdə meyvə və tərəvəz də olmalıdır.