Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2023 08:34
ABŞ-ın "Vista Outdoor" şirkəti dünyada baş verən müharibələr üzündən barıt çatışmazlığı yaranacağını proqnozlaşdırır.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, şirkətin sözçüsü Brett Nelson Newsweek-ə verdiyi açıqlamada bildirib ki, qlobal hadisələrlə əlaqədar tədarükçüləri onlara "görünməmiş tələbat və gözlənilən qlobal barıt çatışmazlığı barədə" xəbərdarlıq ediblər.
Nelson qeyd edib ki, mövcud vəziyyətlə əlaqədar olaraq, şirkət öz məhsullarının qiymətlərini artırır. Nəşr qeyd edir ki, yaxın gələcəkdə Remington, Alliant Powder, CCI, Federal, SEVI-Shot və Speer kimi şirkətlər patron qiymətlərinə yenidən baxacaqlar. Sursatın qiymətinin 7 faizə qədər artacağı gözlənilir.
"Vista Outdoor" barıt və sursatların qiymətlərinin artmasının səbəblərini açıqlamayıb, lakin nəşrin qeyd etdiyi kimi, Ukrayna və Yaxın Şərqdəki münaqişə bu mallara tələbatı xeyli artırıb.