Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda ara qarışdı: zabit öldü

Ermənistanda ara qarışdı: zabit öldü

Tarix: 12 Dekabr 2023 23:26

Ermənistanda Vazgen Sarkisyan adına Hərbi Universitetin yaxınlığında müdafiə nazirliyinin zabitləri ilə mülki şəxslər arasında baş verən bıçaqlanma nəticəsində zabit ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın yerli mediası məlumat yayıb.

Bildirilib ki, borcun qaytarılması tələbi ilə bağlı tərəflər arasında mübahisə düşüb. Qarşıdurmada 5-i hərbçi olmaqla, 8 nəfər iştirak edib. Söhbət zamanı borclu olan mülki şəxs hərbçilərin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra o, özü ilə gətirdiyi bıçaqla müdafiə nazirliyinin zabitləri - baş leytenantlar Gevorq Marqaryan və David Sayadyana ağır bədən xəsarətləri yetirib. Təcili yardım maşını onları tibb mərkəzinə çatdırıb. Sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin uyğun maddələri üzrə cinayət işi başlanıb. Hadisənin baş vermə şəraiti tam aydınlaşdırılması üçün ilkin araşdırma aparılır. Nazirliyin mətbuat katibi Aram Torosyan hərbi qulluqçularla bağlı təfərrüatları açıqlamaq istəməyib.

Milli.Az


Etiketlər:  Ermənistanda ara qarışdı zabit öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ