Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsanlara ləqəb qoşmaq günahdırmı?

İnsanlara ləqəb qoşmaq günahdırmı?

Tarix: 13 Dekabr 2023 04:02

İnsanları bir-birindən fərqlənirmək üçün onlara bəzi ləqəblər qoşmaq öz-özlüyündə haram deyildir. Məsələn, bir şəxsi mənsub olduğu məkanla bağlı (filan yerli), peşəsi ilə bağlı (zərgər filankəs, bənna filankəs), atasının və ya nəslinin adı ilə bağlı (yaxşı mənada, məsələn, Həsən oğlu Əhməd) adlandırmaq icazəlidir. Lakin insana, onun özünün acığı gələn, onu aşağılayan ləqəblər qoşmaq qadağandır. İnsanları əxlaqa zidd olan ləqəblərlə çağırmaq, fiziki nöqsanı göstərən ləqəblər qoşmaq da (çolaq, kor, keçəl) günahdır. Qurani-Kərimdə buyurulur: "Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır!" (Hücürat, 11).


Etiketlər:  İnsanlara ləqəb qoşmaq günahdırmı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ