Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əhli-sünnə məzhəbində də təqlid varmı?

Əhli-sünnə məzhəbində də təqlid varmı?

Tarix: 13 Dekabr 2023 06:02

Bildiyimiz kimi təqıid şiə məzhəbinin şəriətində mühüm məsələlərdən biridir. Şiə məzhəbinə etiqad edən şəxs şəriət hökmlərində ya özü müctəhid olub Quran və hədisdən hökmləri çıxarmağı bacarmalıdır, ya ehtiyata əməl etməlidir, ya da diri olan ən bilikli müctəhidə təqlid etməlidir. Əhli-sünnə məzhəbində isə bu anlamda təqlid vacib deyil. Sünni məzhəbinə inanan şəxs konkret bir alimə təqlid etməsə də olar. O, mənsub olduğu məzhəbin müxtəlif alimlərinin əsərlərinə müraciət edib onların fətvalarını özü üçün əsas saya bilər. Əhli-sünnə müsəlmanın hətta 500 və ya 1000 il əvvəl yaşamış alimin kitabındakı sözünə təqlid etməsi də icazəlidir. Bu zaman bir neçə alimin fətvalarına əməl etmək də tam normaldır. Bəzi əhli-sünnə alimləri isə hər hansı alimə deyil, öz fətvasının sübutunu verib əsaslandıran alimə təqlid etməyi icazəli biliblər. Yəni sıravi müsəlman keçmiş alimlərin fətva verərkən əsaslandıqları mənbələri özü araşdırmalı və düzgün saydığı fətvanı qəbul etməlidir.


Etiketlər:  Əhli sünnə məzhəbində təqlid varmı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ