Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2023 15:35
Müğənni Nura Suri valideynlərinin Heydər Əliyev ilə fotosunu paylaşıb.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, sənətçi paylaşıma aşağıdakı şərhi əlavə edib:
"Valideynlərimə ayırdığı diqqət və hörməti unutmadıq. Anam nəvəsinə Heydər adı qoydu".
Qeyd edək ki, N. Surinin hər iki valideyni Azərbaycanın Milli Qəhrəmanıdır. Müğənninin anası Firəngiz Səttarova isə Azərbaycanda ilk bort-atıcı qadındır. Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlildir.
Müğənnin atası Xanlar bəy Azərbaycan Hərbi Aviasiyasının yaradıcılarından biridir. O, Qarabağ müharibəsi döyüşlərinin iştirakçısıdır. Müharibə zamanı 300-dən çox uçuş həyata keçirib. 1999-cu ildən 2005-ci ilə qədər AZAL Helikopter Aviasiyasının baş direktoru vəzifəsində çalışıb.
Fövqəladə Hallar Nazirliyinin aviasiyasının yaradılmasında böyük rolu var. Hazırda ehtiyatda olan zabitdir. İgidliyə görə medallarla təltif olunub.