Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2019 11:20
Dünən Avropanın daha iki ölkəsində çempion müəyyənləşib.
Qol.az xəbər verir ki, Danimarka və Avstriya çempionatlarında 2018-2019 mövsümünün qalibləri bəlli olub.
Danimarka Superliqasının 33-cü turunda "Bröndbi"ni 3:2 hesabı ilə məğlub edən "Kopenhagen" sona 3 tur qalmış ən yaxın izləyicisini 14 xal qabaqlayaraq, çempionluğunu rəsmiləşdirib. Bu, paytaxt təmsilçisinin ümumilikdə 13-cü çempionluğu olub.
Avstriya Bundesliqasında isə 29-cu turda "Austriya"ya 2:1 hesabı ilə qalib gələn "Zalsburq" qızıl medalları təmin edib. Komanda ardıcıl 6-cı, ümumilikdə isə 13-cü çempionluğunu qazanıb.