Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzzalı həkim "xəstəxanada yer yoxdur" - FOTO

Qəzzalı həkim

Tarix: 14 Dekabr 2023 13:50

Xəbər verdiyimiz kimi, Qəzza zolağındakı qaçqın düşərgələrində ən azı 360 min nəfər müxtəlif yoluxucu xəstəliklərə yoluxub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  "Qəzza zolağında və xüsusən də Rəfahda vəziyyət ölümcüldür".

Rəfahdakı 63 çarpayılıq "Şəhid Məhəmməd Yusif əl-Nəccar" xəstəxanasının müdiri Dr. Mərvan əl-Həmsin 145 xəstəsi var.

Bu rəqəm xəstəxana tutumundan iki dəfə çoxdur, lakin Misir sərhədində yerləşən Rəfah şəhəri müharibədən əvvəlki 300 min əhalisinə əlavə olaraq hazırda daha bir milyon qaçqın fələstinlini qəbul edir.

BBC-yə danışan Dr. "Dərman çatışmazlığı fəlakətlidir və xəstəxanalarda yer yoxdur" deyib.

Dr. əl-Həms deyir ki, Qəzza zolağında ağır ishal, halsızlıq və yüksək hərarətlə xəstəxanalara gələn xəstələr var.

Milli.Az


Etiketlər:  Qəzzalı həkim xəstəxanada yer yoxdur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ