Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər şey gözəl sonluqla başa çatdı - Qurbanov

Hər şey gözəl sonluqla başa çatdı - Qurbanov

Tarix: 15 Dekabr 2023 08:08

Futbolçuları, azarkeşləri təbrik edirəm. Daha əvvəl bu şans əlimizdən qaçmışdı. Bu gün hər şey gözəl sonluqla başa çatdı.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçin "Hakken" komandasına 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, bu cür uğur əldə etmək Azərbaycan futboluna təkan verəcək:

"Yaxşı komandaların Bakıya gəlməsi ancaq ölkə futboluna fayda verə bilər".

Qurbanov 9 il əvvəl də Bakıda eyni uğura çox yaxın olduqlarını söyləyib: "Həmin matç daha yaxşı formalaşmağımıza kömək oldu. Böyümək üçün bunları soyuqqanlı qəbul etməliyik".

Təcrübəli baş məşqçisi pley-offdakı rəqiblərin güclü olduğunu vurğulayıb: "Həmin qarşılaşmalara ciddi hazırlaşmaq və layiqli mübarizə aparmaq istəyirik".

Qeyd edək ki, "Qarabağ" tarixində ilk dəfə Avropa Liqasında pley-offa yüksəlib.

Milli.Az


Etiketlər:  Hər şey gözəl sonluqla başa çatdı Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ