Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Liqası: “Qarabağ” tarixi qələbəsindən GÖRÜNTÜLƏR - VİDEO - FOTOLAR

Avropa Liqası: “Qarabağ” tarixi qələbəsindən GÖRÜNTÜLƏR - VİDEO - FOTOLAR

Tarix: 15 Dekabr 2023 09:52

Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ" - "Hakken" (İsveç) oyununda ilk hissə başa çatıb.

Sonxeber.net xəbər verir ki, Azərbaycan təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

45+3-cü dəqiqədə Yassin Benzia rəqibi ikinci dəfə məyus edib. "Qarabağ"ın üzvü Veşoviç rəqib oyunçuya qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub. "Hakken" matçın son dəqiqələrində Bədavi Hüseynovun avtoqolu ilə hesab arasındakı fərqi azaltsa da, matç 2-1 hesabı ilə təmsilçimizin xeyrinə başa çatdı. Qrupun digər matçında isə "Bayer Leverkusen" "Molde"ni 5-1 hesabı ilə məğlub etdi. Bununla da "Qarabağ" tarixində ilk dəfə olaraq Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni təmin etmiş oldu.

Qeyd edək ki, pley-off mərhələsində "Qarabağ" Çempionlar Liqasında öz qrupunu üçüncü pillədə başa vuran komandalardan biri ilə qarşılaşacaq.

Azərbaycan təmsilçisinin potensial rəqibləri aşağıdakılardır:

"Qalatasaray" (Türkiyə)

"Lans" (Fransa)

"Braqa" (Portuqaliya)

"Benfika" (Portuqaliya)

"Feyenoord" (Niderland)

"Milan" (İtaliya)

"Yanq Boyz" (İsveçrə)

"Şaxtyor" (Donetsk, Ukrayna)

"Qarabağ"ın pley-offdakı rəqibi dekabrın 18-də təşkil olunacaq püşkatmada bilinəcək. Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.


Etiketlər:  Avropa Liqası Qarabağ tarixi qələbəsindən GÖRÜNTÜLƏR VİDEO FOTOLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ