Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ailəli aktrisa ilə sevgilidir

Ailəli aktrisa ilə sevgilidir

Tarix: 15 Dekabr 2023 19:25

Hollivud aktyoru Hyu Cekmanın aktrisa Satton Fosterlə münasibətdə olduğu iddia edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "In Touch Weekly"nin məlumatına görə, ikili 2021-ci ildən 2023-cü ilə qədər "The Music Man" layihəsində birgə çalışıblar. Onların münasibətinin ətrafındakılara çoxdan bəlli olduğu deyilib.

İnsayderin dediyinə görə, 55 yaşlı Hyu Cekman 48 yaşlı həmkarını görən kimi ona aşiq olub və hər yerdə izləyib.

Qeyd edək ki, Cekman 2 ay əvvəl 27 illik həyat yoldaşı, aktrisa Deborra-Lidən boşanıb. İkilinin 23 yaşlı Oskar adlı oğlu və 18 yaşlı Ava adlı qızı var. Sənətçilər uşaqları övladlığa götürdüklərini etiraf ediblər.

Satton isə Ted Qriffinlə ailəlidir.

Milli.Az


Etiketlər:  Ailəli aktrisa ilə sevgilidir


RƏYLƏR