Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''O şəklimə görə büstqalter markasından təklif aldım'' - FOTOlar

''O şəklimə görə büstqalter markasından təklif aldım'' - FOTOlar

Tarix: 15 Dekabr 2023 20:00

Kökəldiyi il tətildə üstsüz görünən və sinəsinə görə lağ mövzusu olan Murat Boz reklam təklifi aldığını etiraf edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son illərdə idmana diqqət yetirərək əzələli bədənini tez-tez nümayiş etdirən müğənni Murat Boz Melis İşitenin proqramında illər əvvəl kilolu olduğu zaman büstqalter markasından reklam təklifi aldığını açıqlayıb.

2012-ci ildə qayıq tətili zamanı fotoları çəkilən Murat Boz qarnı və sinəsi ilə lağ mövzusu olmuşdu.

İllərdir haqqında danışılan görüntülərdən danışan müğənni : "O vaxt büstqalter markasından təklif almışdım.Reklam üçün çoxlu pul təklif etmişdilər. O vaxt rədd etdim. Amma indiki ağlım olsaydı düşünmədən qəbul edərdim. Bu qədər narahat olacaq vəziyyətdə olmazdım, amma xəbərlərdə o fotolarımı görəndə çox narahat olmuşdum, qayıqdan düşmədim, tətilim zəhər olmuşdu" deyib.

Milli.Az


Etiketlər:  şəklimə görə büstqalter markasından təklif aldım FOTOlar


RƏYLƏR