Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2023 20:36
ABŞ Konqresi prezidentin ölkəni NATO-dan çıxarmaq imkanını məhdudlaşdırıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, müvafiq bənd 2024-cü il maliyyə ili üzrə Milli Müdafiə Səlahiyyətləri Aktında (NDAA) yer alıb.
Konqresin hər iki palatası tərəfindən təsdiqlənən sənədə əsasən, ABŞ prezidenti senatorların üçdə ikisinin təsdiqi, Senatın məsləhəti və razılığı olmadan NATO-da iştirakını dayandıra və ya təşkilatdan çıxa bilməz.
Senatorların fikrincə, NATO-dan çıxışın məhdudlaşdırılması barədə təklif ABŞ-nin milli təhlükəsizliyinin əsasını təşkil edən təşkilata ölkə tərəfindən dəstəyi təsdiqləyir.
"Biz milli maraqlarımızın müdafiəsini və demokratik müttəfiqlərimizin təhlükəsizliyini təmin etməliyik", - senator Mark Rubio deyib.