Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu diş klinikasında mindən çox adam HİV və hepatitə yoluxmuş ola bilər

Bu diş klinikasında mindən çox adam HİV və hepatitə yoluxmuş ola bilər

Tarix: 15 Dekabr 2023 21:54

Fransada mindən çox insana HİV, hepatit B və C test müayinəsindən keçmək tövsiyə olunub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, yoxlamadan sonra ölkənin şimalındakı stomatoloji klinikaların birində gigiyena qaydalarına əməl olunmdığı aşkar edilib.

"1145 xəstəyə Çerburqdakı stomatoloji klinikada zəif sterilizasiyaya görə, HİV və hepatit B və C testlərindən keçmək tövsiyə olunub", - hesabatda bildirilib.

Diş həkimi müvəqqəti olaraq işindən uzaqlaşdırılıb. Yerli səhiyyə qurumu klinikada apardığı yoxlama zamanı işçilərin sağlamlığına, tibbi xidmətin keyfiyyətinə və təhlükəsizliyinə xələl gətirən ciddi pozuntular aşkar edilib.

Milli.Az


Etiketlər:  Bu diş klinikasında mindən çox adam HİV hepatitə yoluxmuş ola bilər


RƏYLƏR