Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiya dələlərə savaş açdı: Öldürüləcəklər!

Yaponiya dələlərə savaş açdı: Öldürüləcəklər!

Tarix: 15 Dekabr 2023 23:18

Yaponiya hökuməti yerli olmayan və qədim tikililərə zərər vuran dələləri məhv etmək qərarına gəlib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Yaponiyanın taxta məbədləri ilə diqqət çəkən Kamakura bölgəsindəki dələ problemini həll etmək üçün rəhbərliyin təxminən 50 min dollar xərcləmək istədiyi açıqlanıb.

Aidiyyəti qurumlar sakinlərə qəfəslər verməyi, turistlərə dələlərə yem verməmələri barədə xəbərdarlıq edən plakatlar asmağı və bu heyvanları zərərsizləşdirəcək insanları işə götürməyi planlaşdırır.

Ekoloqlar Yaponiyanın biomüxtəlifliyinə təhlükə yaratdıqları üçün bəzi zərərverici heyvan növlərinin öldürülməsi təşəbbüsünü dəstəkləyirlər.

Milli.Az


Etiketlər:  Yaponiya dələlərə savaş açdı Öldürüləcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ