Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2023 18:42
Təbiət bəzən inanılmaz dərəcədə güclü ola bilir. Böyük bir zəlzələ bir anda bütün şəhəri belə yerlə-yeksan edir, sunami minlərlə insanın ölümünə səbəb olur. Dünya tarixinə nəzər saldıqda buna bənzər çoxlu hadisələrin şahidi oluruq.
Sonxeber.net sfera.az-a istinadən bu yazıda sizin üçün müxtəlif coğrafiyalarda baş vermiş ən qəribə fəlakətləri təqdim edir.
Tornado yanğını
2018-ci ilin avqustunda Kaliforniyada baş verən meşə yanğınları dəhşətli və söndürülməsi çətin bir fəlakət idi. Zərərçəkənlər hadisə yerindən çıxarılsa da, fəlakət şəhərdən-şəhərə yayılıb. Nəhəng alov tornadoları 5500 metrə qədər yüksəlib və qasırğalar qədər sürətli olub. Tornadolar cəmi bir neçə dəqiqə davam etsə də, sürətlərinə görə böyük dağıntılara səbəb olub.
Barama ağacları
2010-cu ildə 10 il ərzində toplana bilən yağışın miqdarı təkcə bir həftə ərzində Pakistanda kəndlərə yağıb. Həddindən artıq yağıntının yaratdığı daşqınlar heyvanları da məhv edib. Seldən qaçan milyonlarla hörümçək gizlənmək üçün ağacların üzərinə yerləşib. Suların çəkilməsi çox uzun müddət çəkdiyindən, hörümçəklər sığındıqları yerlərdə barama əmələ gətiriblər. Nəhəng torlarla örtülmüş Pakistan ilk dəfə belə bir fəlakət yaşayıb. Nəinki Pakistan, bu təbiət hadisəsi Yer üzündə görülən nadir hadisələrdən olub.
Yaysız bir il
1815-ci ilin aprelində İndoneziyanın Tambora dağında tarixdə məlum olan ən böyük vulkan püskürməsi baş verib. Minlərlə insanın ölümünə səbəb olan bu partlayış nəticəsində yaranan kül buludları stratosferə çataraq günəş şüalarının qarşısını kəsib. Bu təbii fəlakət nəticəsində, növbəti il Hindistan və İndoneziya kimi ölkələrdə yay olmayıb və epidemiyalar başlayıb.
Karrinqton döyüşü
1859-cu ilin avqust və sentyabr aylarında maqnit enerjisinin, şüalanmanın və yüklü hissəciklərin Günəşin səthinə səpilməsi nəticəsində günəş partlayışları baş verdi. Yer atmosferinə mənfi təsir göstərən bu fəlakət Karrinqton toqquşması adlanırdı.
Tunquska hadisəsi
1908-ci il iyunun 30-da səhər Sibirdə Tunquska çayı üzərində gözləri az qala kor edən bir işıq partlayıb. Bu zərbə dalğasının Xirosimaya atılan atom bombasından yüz dəfələrlə güclü olduğu müəyyən edilib. Bir çox elm adamı bu hadisənin göy cisimlərinin toqquşması nəticəsində baş verdiyini irəli sürüb.
Toz Pərdəsi
6-cı əsrin ortalarında böyük qum və toz buludları dünyanın günəş işığının çox hissəsini kəsdi. Vəziyyət o yerə çatıb ki, bu hadisədən sonra bir neçə il davam edən soyuq hava şəraiti yaranıb. Hətta buludlar yoxa çıxandan sonra da uzun müddət yay olmayıb, qışlar çox sərt keçib.
Sumatra sunamisi
2004-cü ildə Hind okeanında baş vermiş Sumatra sunamisi Sumatra adasının sahillərində 9,0 bal gücündəki zəlzələdən sonra baş verib. 2 milyona yaxın insan evsiz qalıb, 230 min insan həyatını itirib.
Çili zəlzələsi
Tarixin ən böyük zəlzələlərindən biri olan Çili zəlzələsi 22 may 1960-cı ildə baş verib. Nəhəng sunamiyə səbəb olan zəlzələ düz 9,5 bal gücündə olub.