Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mossad” rəhbəri Qətər nümayəndələri ilə danışıqlar aparacaq

“Mossad” rəhbəri Qətər nümayəndələri ilə danışıqlar aparacaq

Tarix: 16 Dekabr 2023 20:28

İsrailin kəşfiyyat və xüsusi tapşırıqlar idarəsinin ("Mossad") rəhbəri David Barnea Avropaya yollanıb və orada Qətər nümayəndələri ilə HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı yeni razılaşma üzrə danışıqlar aparacaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Daha əvvəl İsrail KİV-ləri məlumat vermişdi ki, Qətər və Misirdən olan nümayəndələr ötən həftə sonu İsraillə əlaqə saxlayıb. Onlar İsrail tərəfindən Qəzza zolağında hələ də saxlanılan girovların azad edilməsi ilə bağlı mümkün yeni razılaşma üzrə danışıqları bərpa etməyə hazır olub-olmadığını soruşublar.

Milli.Az


Etiketlər:  Mossad rəhbəri Qətər nümayəndələri ilə danışıqlar aparacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ