Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2023 03:56
Qəbir ziyarəti ilə bağlı cəmiyyətdə hal-hazırda müxtəlif mübahisələr və fikir ayrılıqları mövcuddur. Bunların böyük bir qismini radikal düşüncəli, sələfi (vəhhabi) əqidəsində olan şəxslər ortaya atırlar. Onlar əksər hallarda qəbir ziyarəti zamanı icazə verilən, hətta bəyənilən və müstəhəb sayılan əməlləri də haram kimi göstərir, insanların qəlbinə şübhə salırlar. Qəbir ziyarəti zamanı məzarı öpmək öz-özlüyündə günah deyildir, əgər bu hərəkət məhəbbət və ehtiram üzündən edilirsə, maneçiliyi yoxdur. Ənənəyə əsasən, müqəddəs şəxlərin - imam və imamzadələrin qəbirlərini ziyarət edən zaman insanlar zərihi (məzar üzərində quraşdırılmış məhəccəri) öpür, təbərrük niyyətilə əllərini sürtürlər. Bunu edənlər şirk niyyəti etmir, məzardakı şəxsi Allaha şərik tutmurlar. Bu əməl sevgi və ehtiram üzündən edilir. Qəbir, orada uyuyan Alah dostunun nişanəsidir, sağlığında onun əlini öpə bilməyənlər qəbrini öpməklə özlərinə təskinlik verir, sevgilərini bildirirlər. Eləcə də, məsələn, öz şəhid oğlunun qəbir daşını öpən bir ananın da əməlində şirk axtarmaq mənasızdır.