Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəhşətli hadisə: Ananın diqqətsizliyi az qala faciəyə səbəb olacaqdı - FOTO

Dəhşətli hadisə: Ananın diqqətsizliyi az qala faciəyə səbəb olacaqdı - FOTO

Tarix: 17 Dekabr 2023 11:34

İzmirdə ananın ehtiyatsızlığı onun körpəsinin xəsarət alması ilə nəticələnib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Belə ki, qadın rəfiqəsi ilə söhbət etməyə başı qarışıb və bu zaman onun əli ilə saxladığı uşaq arabası nəzarətindən çıxıb və enişlə aşağıya doğru yuvarlanıb.

Bir neçə saniyə sonra araba səkiyə çırpılıb və uşaq arabasında olan körpə küçəyə düşüb.

Xoşbəxtlikdən körpə yalnız yüngül xəsarət alıb.

Video sosial şəbəkələrdə də geniş yayılıb və ananın diqqətsizliyi müzakirələrə səbəb olub.

Milli.Az


Etiketlər:  Dəhşətli hadisə Ananın diqqətsizliyi az qala faciəyə səbəb olacaqdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ