Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2023 12:40
Reper Yailin La Mss Viral həmkarı və sevgilisi "Tekashi 6ix9ine"a (Deniel Ernandes) hücum etdikdən sonra həbs edilib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə Deniel özü məlumat yayıb. Reperin sözlərinə görə, Yailin onu başqa qızlara baxmaqda ittiham edib:
"Mən kənara çəkilmək istədim ki, sakitləşsin. Amma o mənimlə döyüşməyə başladı. Saçımdan tutub, başımı maşınıma çırpdı. Yan güzgümü və şüşələri sındırdı. Polisə zəng etmək istədim, amma taxta ilə vuraraq telefonu əlimdən aldı".
Yailin artıq 9 min dollar girov müqabilində sərbəst buraxılıb. Reperin vəkili ona qarşı irəli sürülən ittihamların götürüləcəyinə inanır.