Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

PFL prezidenti və vitse-prezidentinin sağlıq durumu açıqlandı

PFL prezidenti və vitse-prezidentinin sağlıq durumu açıqlandı

Tarix: 17 Dekabr 2023 15:36

Dünən əməliyyat olunan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və PFL vitse-prezidenti Aslan Şahgəldigevin vəziyyəti stabildir.

Bu barədə Liv Bona Dea Hospitalın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, reanimasiya şəraitində müalicələri davam edir.

"Digər dörd xəstə isə stasionar şəraitdə müalicə alır. Ümumi vəziyyətləri nisbi-stabildir", - deyə cavabda qeyd edilib.

Qeyd edək ki, dekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində "Mercedes" markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində altı nəfər - PFL-in prezidenti Elxan Səmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, PFL-in icraçı direktor Zaur Hacıməhərrəmov, PFL-in texniki-idman direktoru Elgiz Abbasov, PFL-in media və marketinq direktoru Sənan Abdullayev və sürücü Rasim Qafarlı xəsarət alıblar.

Milli.Az


Etiketlər:  PFL prezidenti vitse prezidentinin sağlıq durumu açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ