Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zalujnının kabinetində dinləmə cihazı tapıldı

Zalujnının kabinetində dinləmə cihazı tapıldı

Tarix: 18 Dekabr 2023 06:56

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının kabinetində dinləmə cihazı tapılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "RBC-Ukrayna" agentliyi hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, qurğu şənbə günü aşkar edilib. Dinləmə cihazı naməlum tipli elementlərlə təchiz olunub, ona görə də onların quraşdırıcısı müəyyən edilməyib.

***

Ukrayna Təhlükəsizlik Xidməti dinləmə qurğusunun aşkarlanması ilə bağlı cinayət işi açıb.

Bildirilib ki, cinayət işi Ukrayna Cinayət Məcəlləsinin 359-cu maddəsinin 2-ci hissəsinə əsasən (qanunsuz olaraq məlumat əldə etmə, satma və ya xüsusi texniki məlumat əldə etmə vasitələrindən istifadə) açılıb.

"Vurğulayırıq ki, avadanlıq birbaşa Valeri Zalujnının ofisində deyil, onun gələcəkdə iş üçün istifadə edə biləcəyi otaqlardan birində tapılıb", - məlumatda deyilir.

Milli.Az


Etiketlər:  Zalujnının kabinetində dinləmə cihazı tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ