Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ vəziyyəti həll etmək üçün bu ölkədən yardım istədi

ABŞ vəziyyəti həll etmək üçün bu ölkədən yardım istədi

Tarix: 18 Dekabr 2023 07:40

Amerika Birləşmiş Ştatları Qırmızı dənizdə təhlükəsizliyi təmin etmək üçün birgə beynəlxalq əməliyyat keçirmək xahişi ilə Norveçə müraciət edib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Norveçin "E24" nəşri məlumat yayıb.

Norveç Xarici İşlər Nazirliyinin nümayəndəsi Eyvind Vad Petersson belə bir sorğunun alındığını açıqlayıb. Onun sözlərinə görə, müraciətə hazırda hakimiyyət orqanları tərəfindən baxılır.

Nəşrin məlumatına görə, Norveç Xarici İşlər Nazirliyi Qırmızı dənizdəki vəziyyəti izləyir və Norveç Gəmi Sahibləri Assosiasiyası ilə əlaqə saxlayır. Assosiasiya Norveçin Bab əl-Məndəb boğazında təhlükəsizliyin təmin edilməsi əməliyyatında iştirakına ümid edir.


Etiketlər:  ABŞ vəziyyəti həll etmək üçün ölkədən yardım istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ