Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu rayonda yeni məktəb tikilib, ancaq uşaqlar məktəbə gəlmir - VİDEO

Bu rayonda yeni məktəb tikilib, ancaq uşaqlar məktəbə gəlmir - VİDEO

Tarix: 18 Dekabr 2023 10:38

Xaçmaz rayonu Arif Məmmədov adına Qusarçay kənd Tam Orta məktəbinin bu ilin sentyabrın 12 də açılışı olsa da, hazırda məktəbdə istilik yoxdur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, məktəbin soyuq olmasına görə valideynlər narazılıq edir. Buna görə uşaqlarını təhsil ocağına göndərmirlər.

Hər sinifdə ən azı 25 şagird təhsil alsa da, cəmi 4-5 şagird məktəbə gəlir. Məktəb soyuq olduğundan müəllimlər də üst geyimində dərs keçir. 

Maraqlısı budur ki, yeni istifadəyə verilən məktəbdə qazanxana və istilik sistemləri quraşdırılsa da hələki işə salınmayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bu rayonda yeni məktəb tikilib ancaq uşaqlar məktəbə gəlmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ