Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna SQ baş komandanının otağını təmizləyənlər elə bir şey aşkar etdi ki...

Ukrayna SQ baş komandanının otağını təmizləyənlər elə bir şey aşkar etdi ki...

Tarix: 18 Dekabr 2023 14:32

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnının kabinetində dinləmə cihazı aşkar edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Ukrayna mətbuatı bu barədə hərbi dairələrdəki mənbəyə istinadən məlumat verib.

Qeyd olunur ki, dinləmə cihazı generalın otağı növbəti iş gününə hazırlanarkən aşkar edilib.

Mütəxəssislər bildiriblər ki, aşkarlanan məlumat oxuyan qurğular quraşdırıcını müəyyən etməyə imkan verməyən naməlum tipli elementlərdən hazırlanıb.

Hələlik Ukrayna tərəfi məsələni şərh etməyib.

Milli.Az


Etiketlər:  Ukrayna SQ baş komandanının otağını təmizləyənlər elə bir şey aşkar etdi ki


RƏYLƏR