Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bəzi aparıcıların səviyyəsi mənimlə...”

“Bəzi aparıcıların səviyyəsi mənimlə...”

Tarix: 18 Dekabr 2023 20:15

"Elə aparıcılar var ki verilişinə gedirsən, adamın bütün enerjisini alırlar".

Sonxeber.net yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun "Günaydın Azərbaycan" verilişində deyib.

Sənətçi bəzi aparıcıların intellektual səviyyəsinin aşağı olmasından gileylənib:

"Elə aparıcılar var ki verilişinə gedirsən, adamın bütün enerjisini alırlar. Verilişində otururam, heç danışmaq istəmirəm. Sanki bütün enerjim yoxa çıxır.

Bəzi aparıcıların İQ səviyyəsi mənimlə uyğun gəlmir. Buna görə də danışa bilmirəm. Hansısa verilişə gedəndə, evdə güzgünün qarşısında durub hazırlaşıram, deyirəm, belə danışacam.

Amma veriliş başlayanda, heç nə danışa bilmirəm. Yaşa dolduqca, müəyyən psixoloji zərbələrdən, bəzi situasiyalardan, mərdimazarlardan ola bilsin ki, insanın içində nələrsə sınır.

Daxilindəki işığı söndürməyə çalışan insanlar var. Amma sənin üçün can yandıran, çətin vaxtda yanında olan insanlar olmalıdır. Dərk etməlidir ki, kim kimdir. Səndən ummasınlar, onsuz da umduğunu ona verirsən. Əsas odur ki, can yandırsınlar".


Etiketlər:  Bəzi aparıcıların səviyyəsi mənimlə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ