Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real Madrid" Rusiya klubunun futbolçusunu istəyir

Tarix: 19 Dekabr 2023 02:46

"Real Madrid"in baş skautu Yuni Kalafat Rsuiya çempionatında çıxış edən braziliyalını diqqətdə saxlayır.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, məlumatı jurnalist Mario Korteqana sosial şəbəkə hesabları üzərindən yayıb.

Xəbərə görə, Kalafat "Zenit"in 20 yaşlı müdafiəçisi Robert Renanın çıxışını çox bəyənir. Mənbə oyun praktikasından əziyyət çəkən "sambaçı"nın da "Zenit"dən getmək istədiyini, klubunun onu satmağın əleyhinə olmadığını vurğulayıb. 

Qeyd edək ki, Renan "Korintians"ın yetirməsidir. Rusiya təmsilçisi gənc müdafiəçini bu ilin yanvarında Yuri Alberto ilə dəyişib. Cari mövsüm Rusiya Premyer Liqasında 4, Rusiya Kubokunda 3 oyuna çıxan cənubi amerikalı məhsuldar göstəricilərlə yadda qalmayıb.

Milli.Az


Etiketlər:  Real Madrid Rusiya klubunun futbolçusunu istəyir


RƏYLƏR