Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2023 06:06
Hollandiyalı tədqiqatçılar təsadüfən əvvəllər diqqət çəkməyən yeni orqan kəşf ediblər.
Sonxeber.net bakupost.az-a istinadən xəbər verir ki, insan bədənində 78 müxtəlif orqan var. Ancaq indi 79 olduğunu deyə bilərik.
Hollandiya Xərçəng İnstitutunun alimləri təsadüfən yeni orqan kəşf ediblər.
Tədqiqatçılar şişin müalicəsi üçün radioaktiv qlükoza yeridilmiş xəstələrə CT və PET yoxlamaları aparıblar.
Skanları araşdıran qrup, inyeksiya zamanı başın içərisində iki nahiyənin işıqlandığını görüb və orada bir cüt tüpürcək vəzi olduğunu irəli sürüb.
Komanda orqana "borucuq tüpürcək vəzi" adını verib.
Bu orqan burnun arxasında yerləşir. Burun boşluğunun boğazla birləşdiyi yerdə yerləşir və burun və ağızın arxasındakı yeri nəmləndirməyə xidmət edir.