Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistanda ilk dəfə süni yağış sınaqdan keçirildi

Pakistanda ilk dəfə süni yağış sınaqdan keçirildi

Tarix: 19 Dekabr 2023 08:06

Pakistanın hakimiyyət orqanları havanın çirklənməsi səbəbindən milyonlarla insanın yaşadığı Lahor şəhərlərində ilk dəfə olaraq süni yağışı sınaqdan keçirib.

Sonxeber.net bakupost.az-a istinadən xəbər verir ki, eksperiment Birləşmiş Ərəb Əmirliklərinin köməyi ilə baş tutub.

Təcrübə zamanı "bulud toxumu" adlanan prosesdən istifadə edərək süni yağış yağdırılıb.

Qeyd edək ki, Lahor şəhərinin sakinləri həftələrdir ki, hava çirklənməsindən əziyyət çəkir. Pakistanın hakimiyyət orqanları sənaye, nəqliyyat tullantıları və zibillərin yandırılmasını havanın çirklənməsinin əsas səbəbləri kimi görür.


Etiketlər:  Pakistanda dəfə süni yağış sınaqdan keçirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ