Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarğıdalı və suyunun inanılmaz faydaları

Qarğıdalı və suyunun inanılmaz faydaları

Tarix: 19 Dekabr 2023 08:12

Qarğıdalı həm özü, həm də suyu ilə şəfalıdır.

Sonxeber.net bakupost.az-a istinadən xəbər verir ki, qarğıdalı suyu bağırsaqları təmizləyir, hüceyrələri yeniləyir, yağların yandırılmasını sürətləndirir, mədə turşularını tənzimləyir, yemək souslarına dad verir, təbii vitamin mənbəyidir və bitkiləri canlandırır.

Tərkibindəki B6, sink, dəmir, maqnezium, kalium və dəmir qarğıdalını çox faydalı bir tərəvəzə çevirir. Qarğıdalının sarı dənələrində görmə pozğunluğu riskini azaldan karotenoidlər adlı maddələr var.

Bundan əlavə, qarğıdalıda beta-karotin də var. Beləliklə, daha yaxşı görmə təmin edir. Bundan əlavə, A vitamini ilə uzun müddətdə göz sağlamlığını qoruyur.

Qarğıdalı liflə zəngindir. Bundan əlavə, tərkibindəki yüksək miqdarda karbohidrat həzm sistemini və bağırsaq sağlamlığını qoruyur.

Həzm sisteminin sağlamlığı üçün çox faydalı olan qarğıdalının bu xüsusiyyəti sayəsində bağırsaq sindromu, qəbizlik, ishal kimi problemlər yaranmır.

Qarğıdalı qan axını artırır, xolesterolun udulmasını azaldır və insulini tənzimləyir. Bu xüsusiyyətləri ilə qarğıdalı diabet və xolesterol xəstələri üçün əla seçimdir.


Etiketlər:  Qarğıdalı suyunun inanılmaz faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ