Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2023 14:30
Rusiya Müdafiə Nazirliyi Moskvaya dron hücumu ilə bağlı məlumat yayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, məlumatda Ukrayna tərəfinin təyyarə tipli pilotsuz uçan aparatla (PUA) ilə Rusiya paytaxtına hücum etdiyi bildirilib.
"Moskva vaxtı ilə saat 12.35-də Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Hava hücumundan müdafiə sistemləri Moskva vilayətinin Odintsovo rayonu ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib", - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.