Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güzəştli kateqoriyaya aid olan şəxslərin kvota ilə işə qəbuluna elektron qaydada nəzarət ediləcək

Güzəştli kateqoriyaya aid olan şəxslərin kvota ilə işə qəbuluna elektron qaydada nəzarət ediləcək

Tarix: 8 Noyabr 2019 13:50

Bakı. İlhamə İsabalayeva - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yeni yaradılan "Məşğulluq" alt sistemi vasitəsilə müəssisələrdə müəyyən kateqoriyalı şəxslərin işə götürülməsi üçün ayrılan kvotaya nəzarəti elektron qaydada həyata keçirəcək.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, xüsusi qayğıya ehtiyacı olan şəxslərin, xüsusilə əlilliyi olan şəxslərin işə qəbulu kvota əsasında həyata keçirilir. Bu kvota müəssisələrdəki iş yerlərinin 5 faizi həcmində müəyyən edilib:

"Yerli məşğulluq xidməti tərəfindən yerlərdə məşğulluq proqramları həyata keçirilir. Həmin proqramlarda bu kvotaya aid olan müəssisələrin siyahısı müəyyən olunur və kvota əsasında şəxslərin işə qəbulu aparılır. Biz deyə bilərik ki, bu sahədə işlər aparılır və ciddi problem yoxdur" .

A.Əliyev əlavə edib ki, həm "Məşğulluq haqqında" qanunda, həm də ƏƏSMN-nin "Məşğulluq" alt sistemində işəgötürənlər üçün ona təklif olunan namizədlərin məcburi qaydada işə qəbul olunması ilə bağlı heç bir mexanizm yoxdur: "Söhbət ondan gedir ki, istənilən işaxtaran şəxslə bağlı məlumat işəgötürənlərin şəxsi kabinetinə göndərilir. Amma işəgötürən namizədi bəyəndiyi təqdirdə göndərişi təsdiq edir, yəni bununla bağlı bir məhdudiyyət yoxdur".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Güzəştli kateqoriyaya olan şəxslərin kvota ilə işə qəbuluna elektron qaydada nəzarət ediləcək


RƏYLƏR