Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2023 12:02
Braziliya millisinin həkimi Rodriqo Lasmar Neymarın son vəziyyəti ilə bağlı danışıb.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, "Radio 98 FM" onun dediklərini belə çatdırıb:
"Vaxt çatmır. Hələ tezdir, lazımsız riskə getməyin mənası yoxdur. Avqustun əvvəlində bərpa prosesini geridə qoyacağını gözləyirik. 2024/2025 Avropa mövsümünün başlanğıcınadək qayıtması daha realdır. Səbirli olmalıyıq. Hər şeyin geridə qalması üçün doqquz ay lazımdır".
Neymarın avqustda yaşıl meydanlara qayıtması yayda baş tutacaq Amerika Kubokundan kənarda qalacağı anlamındadır. Sözügedən turnir 20 iyun - 14 iyul aralığında ABŞ-də keçiriləcək.