Tarix: 8 Noyabr 2019 15:36
"Zirə"nin futbolçusu Robin Nqalande Malavi millisinə dəvət alıb.
Qol.az xəbər verir ki, 27 yaşlı hücumçu Afrika Millətlər Kubokunun təsnifat oyunları üçün yığmaya çağırılıb. Malavi millisi noyabrın 13-də Sudan, 19-da isə Uqanda ilə qarşılaşacaq.
Xatırladaq ki, "Zirə"ni botsvanalı hücumçusu Mfo Kqasvane də yığmaya cəlb olunub.