Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni prezident fövqəladə vəziyyət elan etdi

Yeni prezident fövqəladə vəziyyət elan etdi

Tarix: 21 Dekabr 2023 08:52

Argentina Prezidenti Xavyer Miley 2025-ci ilin dekabrın 31-dək iqtisadiyyat, səhiyyə və sosial sahələrdə fövqəladə vəziyyət elan edib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq fərman hökumət qəzetində dərc olunub.

"2025-ci il dekabrın 31-dək iqtisadi, maliyyə, vergi, inzibati, pensiya, tarif və sosial sahələrdə, o cümlədən səhiyyə sahəsində fövqəladə vəziyyət elan edilsin", - sənəddə deyilib.

Ümumilikdə, fərmanda 360-dan çox maddə var ki, onların da əhəmiyyətli bir hissəsi mövcud qanunları ləğv edir və ya onlara dəyişikliklər edir.

Fərman dərc edildiyi gündən qüvvəyə minir. Eyni zamanda hökumət onu Konqresə təqdim etməli olacaq. Fərman yalnız parlamentin hər iki palatası onu etibarsız saydığı halda ləğv edilə bilər.


Etiketlər:  Yeni prezident fövqəladə vəziyyət elan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ