Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Birlikdə PUA-lar istehsal edəcəklər

Birlikdə PUA-lar istehsal edəcəklər

Tarix: 21 Dekabr 2023 10:26

ABŞ və Yaponiya müdafiə nazirlikləri döyüş təyyarələri ilə vahid taktiki qrupun tərkibində fəaliyyət göstərəcək yeni nəsil hərbi pilotsuz uçuş aparatlarının (PUA) birgə hazırlanması barədə razılığa gəliblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Sankei" qəzeti məlumat yayıb.

ABŞ-Yaponiya Müdafiə sahəsində Elmi və Texnologiyası Əməkdaşlıq Qrupunun ilk iclası 2024-cü ilin ortalarında baş tutacaq. Bu struktur çərçivəsində silah və hərbi sistemlərin, o cümlədən yeni növ PUA-ların hazırlanması koordinasiya ediləcək. Bu kəşfiyyat və hücum PUA-larının, xüsusən də Böyük Britaniya, İtaliya və Yaponiyanın birgə istehsal etmək niyyətində olduqları altıncı nəsil döyüş təyyarələrinin əməliyyatlarını dəstəkləmək üçün yaradılması nəzərdə tutulur.

PUA-lar ümumi tapşırıq çərçivəsində müstəqil qərar qəbul etməyə imkan verəcək süni intellekt sistemləri ilə təchiz ediləcək.

Milli.Az


Etiketlər:  Birlikdə PUA lar istehsal edəcəklər


RƏYLƏR