Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2019 16:32
"Lester"in hücumçusu Ceymi Vardi İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı futbolçusu seçilib.
Qol.az-ın xəbərinə görə, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
Geridə qalan ay ərzində 4 qol vuran 32 yaşlı hücumçu karyerası ərzində 4-cü dəfə bu ada layiq görülüb. O, Cek Qriliş ("Aston Villa"), İlkay Gündoğan ("Mançester Siti"), Din Henderson ("Şeffild Yunayted") və Villianı ("Çelsi") qabaqlayıb.
Qeyd edək ki, “tülkülər” çempionatda 11 turdan sonra 23 xalla 3-cü pillədə qərarlaşıb.