Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2023 16:28
Məişət zorakılığında ərin yaxın qohumlarının qadınlara qarşı zorakılıq faktları müşahidə edilir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında deyib.
O bildirib ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna təklif edilən dəyişiklə gələcəkdə qayınana, qayınata kənardan ailəyə müdaxilə edəcəkcə, bu, məişət zorakılığı hesab ediləcək.
Şöbə müdiri diqqətə çatdırıb ki, bu gün boşanmaların əsas səbəblərindən biri ailələrə edilən kənar müdaxilələrdir:
"Bəzən dövlət orqanları boşanmaq istəyən tərəfləri barışdırmaq istəsə də, sonda yaxşı effekt vermirdi. Bəzi ərazilərdə hətta səhəri gün qətl hadisələri törədilirdi".
O, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna hazırlanan dəyişiklik layihəsində həmin hissənin çıxarılmasının təklif olunduğunu söyləyib.