Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Drakon'' Ali Məhkəmədən şikayət verəcək?

''Drakon'' Ali Məhkəmədən şikayət verəcək?

Tarix: 21 Dekabr 2023 20:15

Hazırda Ali Məhkəmənin plenumuna müraciət olunması ilə bağlı zəruri əsaslar yoxdur.

Sonxeber.net bildirir ki, bu sözləri Kult.az-a açıqlamasında "Drakon" ləqəbli aktyor Rza Rzayevin vəkili Səlahəddin Cəfərov deyib.

"Əfv məsələsi də gündəmdə deyil deyə, müraciət edə bilmirik. Nə zaman gündəmdə olsa, müraciət etməyi düşünürük", - o bildirib.

Qeyd edək ki, Rza Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında 2 il müddətinə həbs edilib. Ötən gün isə Ali Məhkəmə Rza Rzayev haqqında Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.


Etiketlər:  Drakon Məhkəmədən şikayət verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ